"Çünki əhalinin əksəriyyəti mövcud hökuməti dəstəkləyir. Müxtəlif ölkələrdə yaşayan əksər iranlılar da məhz hazırkı hakimiyyətin tərəfdarlarıdır. Diasporda keçmiş şah rejiminin İrana qayıtmasını istəyənlər isə çox azdır. Onlar da şah sülaləsindən kimin taxta çıxacağı məsələsində ortaq fikirdə deyillər".
Qarnik Asatryanın sözlərinə görə, təqribən 5 milyon iranlının yaşadığı ABŞ-də şahzadə Rza Pəhləvini dəstəkləyənlərin sayı çox cüzidir.
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar.
|
| Almaniya Kansleri: "Molla rejiminin axırı çatıb" |
Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib: "Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


